Şrift:
Dövlətin gənclər siyasətinə ayırdığı vəsait 25 milyon manatı keçib
05.05.2014 [11:14] - Gündəm, Gənclik
“Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə dövlət büdcəsindən gənclər siyasətinə ayrılan vəsait 25 min manat idisə, bu gün artıq o vəsait 25 milyon manatı keçib”. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev “Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

V. Quliyev qeyd edib ki, hazırda ölkə rəhbərliyi tərəfindən gənclərə böyük diqqət göstərilir: “2011-2015-ci il Azərbaycan Gəncliyi üzrə Dövlət Proqramının hazırlanması da əvvəlki illərdən çox fərqlənir. Çünki əvvəlki proqramları hazırlayarkən aidiyyəti dövlət qurumları iştirak edirdi, ancaq indi bu proqramın icrası bilavasitə gənclərə həvalə olunub”.

Sektor müdiri vurğulayıb ki, Azərbaycanda gənclərin təkliflərindən biri də Gənclər Fondunun yaradılması idi və bu da proqrama salınıb: “Proqram cənab prezident tərəfindən təsdiq olunduqdan sonra 2011-ci ildə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı. Fondun fəaliyyəti özünü təsdiq edəndən sonra statusu dəyişərək Azərbaycan Prezidenti yanında Gənclər Fondu oldu”.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed