Şrift:
Bakıda nurçuların böyük ocağı tapıldı (VİDEO)
05.05.2014 [13:26] - Gündəm, Hadisə
4 nəfər və ya öz təbirlərincə desək mürid saxlanılıb

Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsi əməkdaşlarının Bakının mərkəzi rayondarından birində nurçuların böyük bir ocağını tapıb.liderlərdən 4 nəfər və ya öz təbirlərincə desək mürid saxlanılıb. Özü də bu adamlar sıravi statusda deyillər. Onların dördü də MDB və Azərbaycan üzrə koordinatorlardır.

Nurçular kifayət qədər mütəşəkkil və çevikdirlər. Təhlükəli məqam isə həm də burasıdır ki, nurçuların məclislərinə məktəb yaşlı uşaqlar, azyaşlılar da cəlb olunur.

Burada qeyd olunduğu kimi müridlər dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan əməllərinə yetkinlik yaşına çatmayanları da cəlb edirmişlər.

Bunlar göstərir ki, orta məktəb bir təsisat kimi hələ böyük boşluqlar buraxır. Azyaşlılar da asanlıqla o boşluqlara yuvarlanırlar.

Adi yaşayış evini dərshaneyə çeviriblər. Evlərinə getmək imkanı olmayanların qalması üçün ibadət yerlərində şərait yaradılıb. Özlərini, canlarını və mallarını Alahın yerdəki təmsilçisinin-müridinin xidmətinə, öz dillərilə desək hizmətə həsr edən nurçuların ibadətlərində elə nüanslar var ki, bu xristainlardan plagiata oxşayır. Və bizcə elə ən təhlükəlisi də budur.

Nurçular orduda xidmət etməyin əleyhinədir. Onlar bunu öz imanlarına zidd sayırlar. Nurçuların ikinci bizə görə zərərli xüsusiyyəti onların ailə qurmağa neqativ yanaşmasıdır. Hər iki hal dünyəvi dövlət olan Azərbycana yaramır. Əvvəla müharibə vəziyyətində olan ölkəyə yəqin ki, hansısa əfəndiyə yox, hərbə və hərbi and içən gənclər lazımdır.

İkincisi isə dövlət əhalinin sayının artırılsması istiqamətində proqramlar hazırlayır, demoqrafik vəziyyətin yaxşılaşdırılması prioritetdir.

video görüntünü buraya tıklayaraq izləyin
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed