Şrift:
Bu gün Eurovision-2014 mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək
06.05.2014 [13:45] - Gündəm, Mədəniyyət
Bu gün Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Yarımfinal şousu Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Yarışmanın birinci yarımfinal mərhələsində 16 ölkə finala keçmək uğrunda mübarizə aparacaq.

İlk yarımfinalda təmsilçimiz Dilarə Kazımova çıxış edəcək. O, birinci yarımfinalda 16 iştirakçı arasında 8-ci sırada olacaq.

Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından dərhal sonra 15 dəqiqə ərzində təmsilçilərin səs göndərmək hüququ olacaq.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcəklər. Mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 10-da “B and V Arena”nın səhnəsində çıxış ardıcıllığı müəyyən olunacaq.

Qeyd edək ki, müsabiqənin sonuncu qalibi Danimarkadan başqa 5 ölkə -Almaniya, Britaniya, Fransa, İspaniya, İtaliya finala bir başa vəsiqə qazanıblar.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed