Şrift:
Rusiya müxalifəti 50 min nəfərlik mitinqin keçirilməsi üçün paytaxt rəhbərliyinə müraciət edib
12.12.2011 [16:07] - Köşə yazarları
“Həmrəylik” və “Sol cəbhə” müxalifət bloklarının nümayəndələri dekabrın 24-də Moskvanın mərkəzində 50 min nəfərin iştirakı ilə mitinq keçirilməsinə icazə verilməsi üçün paytaxt rəhbərliyinə müraciət ediblər.

Müxalifət növbəti mitinqin keçirilməsi üçün üç yer təklif edib. Bunlar Vasilevski enişi, Manej meydanı və Akademik Saxarov prospektidir. Qeyd edək ki, dekabrın 10-da Moskvanın “Bolotnıy” meydanında Dövlət Dumasına seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq aksoya keçirilib. Mitinqdə müxtəlif hesablamalara görə, 20000-80000 insan iştirak edib. Mitinqin yekun qətnaməsində seçkilərin nəticələrinin ləğvi tələb olunub. Tələb yerinə yetirilməyəcəyi təqdirdə müxalifət iki həftə sonra mitinqləri bərpa edəcəyini bildirib. Həmin gün Rusiya Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə yenidən baxmaq niyyətində olmadığını açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 1886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed