Şrift:
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan təqaüdçülərin illik qeydiyyat formasında dəyişiklik edilib
08.05.2014 [10:05] - Gündəm, Gənclik
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsillə bağlı aparılan islahatların davamı olaraq proqram təqaüdçülərinin illik qeydiyyat formasında dəyişiklik edilib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçməlidir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər. Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda qeydiyyatdan keçmək məqsədilə müvafiq sənədləri (ali təhsil müəssisəsinin imza və möhürü ilə) təhsil aldıqları ölkə üzrə məsul əməkdaşın (http://xaricdetehsil.edu.gov.az/c-elaqe/) elektron poçt ünvanına göndərməlidir. Bunlara təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi, cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript), növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoys (olduğu təqdirdə) daxildir.

Göstərilən sənədlər səliqəli şəkildə skan edilərək adlarına uyğun olaraq qeyd edilməlidir.
Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə nazirlik tərəfindən tələbənin təhsil aldığı ali məktəbə sorğu göndəriləcək. Türk, rus və ingilis dillərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır. Yalnız sənədlər tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinizin ödənişi mümkün olacaq.
Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed