Şrift:
Türkiyənin dövlət naziri: “Türkləri diz çökdürməyə kimsənin gücü yetməz”
12.12.2011 [16:55] - Xəbərlər
“Türkləri diz çökdürməyə kimsənin gücü yetməz”.

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatına münasibət bildirən Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış deyib. O, S. Sarkisyanın həddini aştığını söyləyib: “Buradan ona bir mesaj göndərmək istəyirəm. Sən öz millətini aclıqdan, yoxsulluqdan dizində taqət qalmayacaq bir vəziyyətə salmısan. Ermənistanın əhalisi aclıq üzündən 4 milyondan 2 milyona enib. İnsanlar dünyanın dörd bir yanına qaçıb. Bir qismi də bizim ölkəmizə gəlib. Burada bizim körpələrimizə, yaşlılarımıza baxıcılıq edirlər. Bu da türk millətinin könlünün nə qədər geniş olduğunu göstərir. Türkləri diz çökdürmək kimsənin həddi deyil! Əslində Sarkisyana cavab vermək üçün çox gözəl atalar sözlərimiz var, amma... Heç kimin şübhəsi olmasın ki, millətimizə qarşı şüursuz addımları diz çökdürməyi biz çox yaxşı bacarırıq”.

Xatırladaq ki, S. Sarkisyan Fransanın Marsel şəhərində erməni icmasının nümayəndələri ilə görüşündə Türkiyəni öz tarixinə nəzər salmağa çağırıb: “Əvvəl-axır Türkiyə erməni soyqırımı abidəsi önündə diz çöküb, baş əyəcək Avropa tipli bir hökumət tərəfindən idarə olunacaq. Yaxşı olar ki, bunu tez etsinlər”.
Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed