Şrift:
Bakı Uşaq Teatrı bu il artıq 12 yaşını qeyd edir
08.05.2014 [19:24] - Xəbərlər, Afişa, Mədəniyyət
2002-ci il mayın 11-də “Tıq-Tıq xanım” tamaşası ilə doğulan Bakı Uşaq Teatrı bu il artıq 12 yaşını qeyd edir. Hər zaman öz balaca dostlarının yanında olan teatr bu il də ad gününü onlarla birgə qeyd edir. Teatr Milli Park ərazisində yaranmış, daha sonra H. Sarabski adına mədəniyyət evinin binasında fəaliyyət göstərmiş, 2013-cü il 1 apreldən isə uzaq Qaraçuxur vilayətində yerləşən Q. Abbasov adına mədəniyyət evində fəaliyyət göstərir. Öz dostlarının qarşısında çıxış edən teatr yeni tamaşanın premyerasını keçirdi. Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında Könül Şahbazovanın quruluş verdiyi “Humayın yuxusu” tamaşası 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Həmişə oyuncaqları ilə pis rəftar edən Humay yuxusunda oyuncaqlarını görür. Oyuncaqları onunla oynamırlar, onu cəzalandırırlar. Sehirli aləmdə canlanan oyuncaqlar həmin aləmin Məlakəsini köməyə çağırırlar. Məlakə onları sakitləşdirməyə çalışsa da, oyuncaqlar etiraz edirlər. Yuxudan ayılan Humay bir də oyuncaqlarını incitməyəcəyinə söz verir.
Tamaşada Humay – Xəyalə Meydanova, Nənə - Sovqat Səmədova, ayı – Niyaz Qasımov, Əjdaha – Rauf Hüseynli, Siçanlar – Türkan Şahmarlı və Emilya Novruzova, dovşan – Vüsalə Bəşirova
Bu xəbər oxucular tərəfindən 1524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed