Şrift:
Əfsanə Sevigin: Güneydə qadın hərəkatı siyasiləşməlidir(Müsahibə)
12.05.2014 [10:58] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Əfsanə Sevigin: Güneydə qadın hərəkatı siyasiləşməlidir (Müsahibə)

Əfsanə Sevigin Sayınqala “Amerikanın Səsi” ilə söhbətdə milli hərəkatların qadın haqlarına baxışını təhlil edib.

“Həm qadın hərəkatı həm də modern anlamda milli hərəkat Güney Azərbaycan toplumu üçün yeni təcrübələrdir,” deyə Əfsanə Sevigin Sayınqala “Amerikanın Səsi” ilə söhbətdə qeyd edib. İsveçdə yaşayan güneyli milli fəal milli hərəkatlarda qadınların rolu və millətçi dünya görüşünün qadın haqlarına olan münasibətini müzakirə etməklə yanaşı, güneydə cərəyan edən milli hərəkatı həmin kontextdə dəyərləndirib.

Sevigin Sayınqala muxtəlif millətlərin tarixində müstəqillik hədəfi ilə başladılmış hərəkatlarda qadınların böyük rolu oynadığını vurğulayıb. O bu xüsusda Əlcəzair və Vyetnam ölkələrinin müasir tarixlərində gerçəkləşmiş qurtuluş hərəkatlarına işarə edib.




İsveçdə mühacirətdə yaşayan fəal eyni zamanda milli hərəkatlar o cümlədən “Güney Azərbaycan Milli Hərəkatı”nda patriarxal elementlər və kişi dominantlığının vcüd olduğunu da istisna etmməyib.

“Təəsüflə Güney Azərbaycanda cərəyan edən milli hərəkat gələnəksəl (ənənəvi) bir hərəkatdır. Günümüzdə milli hərəkatlarda belə bir gələnəksəl düşüncənin nəticəsi olmaz. Bu kimi toplumlar umumiyyətlə geriyə doğru baxar və keçmişdə buraxılmış şeyləri özlər,” deyə Əfsanə Sevigin Güney Azərbaycan Milli Hərəkatında patriarxal düşüncələrin güclü olduğunu irəli sürüb.

Onun dediklərinə görə, “Güney Azərbaycan kimi toplumlar feminizmi hələ bir Qərb anlayışı kimi görüb və ona müsbət yanaşmırlar. Bu toplumlar qadına müqəddəs bir varlıq kimi baxır ki, bu da romantik bir zehniyyətin ortaya çıxmasına səbəb olur.”

Sevigin Sayınqalanın fikrincə, belə bir zehniyyətdən qurtulmaq üçün siyasi, ictimai və iqtisadi məhdudiyyətlər qadınların üzərindən qaldırılmalıdır.

“Bizdə qadın hərəkatı olmamış, tariximizdə Zeynəb Paşa kimi qadınların rolu olub, ancaq onların qadın hərəkatı ilə əlaqəsi yoxdur... Əslində milli hərəkatın modern anlamını nəzərə alsaq, bizdəki milli hərəkat da yenidir,” deyə söyləyən Əfsanə Sevigin Sayınqala güneydə qadın hərəkatının siyasiləşməsi və onun bir nöqtədə Güney Azərbaycan Milli Hərəkatı ilə birləşməsinin gərəkli olduğunu irəli sürüb.

AUDİOnu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKi tıklaya bilərsiniz:

Buraya tıkla
Bu xəbər oxucular tərəfindən 2240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed