Şrift:
Dövlət Komitəsi: Azərbaycanda hüququnu bilməyən qadınların sayı daha çoxdur
13.05.2014 [10:37] - Sosial, Hüquq
“Erkən nikahlar zamanı qızların hüquqlarını ilk növbədə anaları pozur”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.

S. Qəhrəmanova bildirib ki, bu gün Azərbaycanda hüququnu bilməyən qadınların sayı daha çoxdur: “Qadın hüquqlarını bilir, amma onu həyata keçirməyə cəsarət etmirsə, biz onları da bilməyənlərin sırasına aid edirik. Qadınlarda cəsarətsizlik stereotipi var. Eyni zamanda onun düşdüyü mühit də buna təsir göstərir”.

S. Qəhrəmanova əlavə edib ki, bu gün Komitənin qarşısında duran ən vacib vəzifələrdən biri də bu sahədə qadınları maarifləndirməkdir: “Qadın öz hüquqlarını bilməklə yanaşı, valideyn olaraq uşaqlarının hüquqlarını da pozmamalıdır. Erkən nikahlar zamanı ana qızın hüququnu pozduqdan sonra ata da buna dəstək verəndə artıq qızın sözü keçmir”.
Bu xəbər oxucular tərəfindən 948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed