Şrift:
Əbdülməcid Şirvani: Mömin olan - insanların hal və hərəkətlərini görmədən qərar verməz
13.12.2011 [08:52] - Türkün şanlı tarixi
Əbdülməcid Şirvani də övliyalarımızın böyüklərindəndir. “HAQQA XİDMƏTİ ÖZÜNƏ VƏZİFƏ EDƏN: ŞAH QUBAD ŞİRVANİ” başlıqlı keçən yazıda haqqında qısaca da olsa məlumat verilmişdi. Şirvanda anadan olub. Doğum tarixi bəlli deyil. Ləqəbi Əbul-Məhamid, Nurullah da deyirlərmiş. Atası Şeyx Vəliyyüddin Şirvan bölgəsinin ən böyük vəlisi idi. Elm, fəzilət, şübhəli şeylərdən çəkinmə və təqvada çox yüksək idi. Davamlı insanlara vəz və nəsihət edər, dərs verərdi. "İnsanların ən xeyirlisi, onlara faydalı olandır." Hədisi-şərifinin açıq bir nümunəsi idi.

Oğlu Əbdülməcid də kiçik yaşdan etibarən belə bir elm və söhbət halqasında yetişdi. Zəkası yüksək, anlayış və qavrayışının fövqəladə itiliyindən qısa müddətdə fərqləndi. Zahiri və batini elmlərdə irəlilədi. Gənc yaşda Şirvanın Şamaxı şəhərinə gedir və burada dərs verməyə başlayır. Özü bu illərini belə izah edirmiş: “Şamaxıda tələbələrə bəzi şeyləri izah etməkdə çox səy sərf edirdim. Zahiri elmlərə olan rəğbətim və onları öyrənmə xüsusundakı şövqüm elə artmışdı ki, gecələrimin çoxunu kitabları mütaliə və oxumaqla keçirərdim. Bir mübarək gecədə, mütaliə etdiyim kitab hərəkət edib belə danışdı: "Ey Əbdülməcid! Mən sənin Rəbbinəmmi ki, gecə-gündüz mənə baxırsan? Get, bu bağlılığını Rəbbinə et. Bu bağlılığı Rəbbinə etməyin daha münasibdir."

Kitabdan gələn səsi eşidincə, onu bir kənara buraxdım və dağlara getdim. Oralarda bir mağara tapdım. O mağarada, tam dörd il gecə-gündüz Allahu-Təalanı zikr ilə məşğul oldum. Bu əsnada mənə kəramətlər lütf edildi. Dəstəmaz almaq üçün çölə çıxdığım zaman, yırtıcı və vəhşi heyvanlar mənə hücum etməz və məndən qaçmazdılar. Hətta mənə yaxınlaşarlar, dəstəmaz aldıqdan sonra yığılan suları içərdilər. Bəzi yerlərdə uçar, bir anda bir vadidən digər vadiyə keçərdim. Bu halları, əsl məqsəd zənn edib kamala belə çatılacağını düşünürdüm. Bu səbəbdən, təsəvvüf yoluna girmək istəyənə bir mürşid, yolgöstəricinin lazım olmadığı şəklində səhv bir düşüncə içərisindəydim.

Mən bu hal içərisindəykən, Şirvan məntəqəsıinin mürşidi kamili, böyük vəli Şahqubad həzrətləri, tələbələri ilə olduğum mağaraya yaxın çayın kənarına gəlib yerləşmişlər, ibadət və zikrlə məşğul olurdular. Onların zikr etdiklərini görüb, ürəyimdə birlikdə zikr etmək düşüncəsi hasil olunca, şeytan ürəyimə vəsvəsə verərək:

"Tabe olduqları şeyx ümmidir oxuma-yazması yoxdur. Ona uyanların çoxu da cahil kəslərdir. Bunlar arasına qarışmaqdansa, öz başına oturub riyazət, nəfsə qarşı gəlmə və nəfs mühasibliyi etmək, vəhşi və yırtıcı heyvanlarla yaxınlıq qurmaq daha yaxşıdır" dedi.
Lakin bu sırada Allahu Təalanın tofiq və inayəti köməyə yetişdi və öz nəfsimə; "Zahirləri ilə İslamın əmr və qadağanlarını yerinə yetirməyə çalışan, gecə-gündüz Allahu Təalanı zikr edən bu insanlara sui zənndə, pis düşüncələrdə olmaq yaraşmaz. Hələ onların hallarını bir gör. Mömin olan, insanların hallarını və hərəkətlərini görmədən qərar verməz" deyərək, onlara yaxın bir yerə gizləndim. Hal və hərəkətlərini, nə etdiklərini yaxşıca gördüyüm zaman, ürəyimdən əvvəlki tərəddüd və şübhələrin hamısı getdi. Sonra yanlarına çatıb, bir yanda oturdum. Zikrləri bitdikdən sonra, tövhid söyləməyə başladılar. Mən də özümdə olmadan tövhid söyləməyə başladım. Qəflətən məndə vəcd, özündən keçmə halı meydana gəldi, düşüb huşumu itirdim. O zaman tələbələri, məni Şahqubad həzrətlərinin hüzuruna aparmışlar. Bir az sonra özümə gəlib gördüm ki, başım Şahqubad həzrətlərinin dizinin üstündədir. Dərhal Mövlana Şahqubadın əlini öpdüm. Məni tələbəliyə qəbul etməsini xahiş etdim. Tələbəliyə qəbul edincə, əmr etdiyi şəkildə hərəkət etməyə başladım. Ondan sonra məndən, əvvəlki kəşf və kəramətlər itdi. İçimdə elə bir elm hasil oldu ki, o mağarada tək başıma nəfsimi tərbiyə etməklə çox səhvli bir yolda olduğumu anladım. Şahqubad həzrətləri, bir anda məni içərisində olduğum o qaranlıq vəziyyətdən çıxarıb, himmətləri ilə ürəyimi təmizlədi. Əgər müəllimim Mövlana Şahqubadın söhbətləri ilə şərəflənməsəydim, Allahu Təala qorusun çox aşağı dərəcələrdə qalacaqdım.

Beləcə Mövlana Şahqubad həzrətlərinin dərslərində kamala çatan Əbdülməcid Şirvani müəlliminin vəfatından sonra onun yerinə keçdi. İnsanlara nəsihət verməyə başladı. Əbdülməcid Şirvani, zadəgan, comərd, əfv və bəhanələri qəbuledici, söhbətləri şirin, halım, səlim, mərhəmətli idi. Özünə xas bir üslub ilə çox gözəl vəz və nəsihət verərdi. Minbərlərdə və kürsülərdə, camaata, təsəvvüf və ibadətlə əlaqəli məsələləri izah edərdi. İzah etdiklərini, alim, fazıl və təhsili olmayanların hamısı anlardı. Hər kəs onun vəz və nəsihətlərindən, öyrənməyi istədiyi məlumatları öyrənər, elə ayrılardı. Ramazanı şərif ayında davamlı Məsnəvidən izah edərdi.

Elə şirin Qurani Kərim oxuyardı ki, yerdəki vəhşi heyvanlar və göydəki uçan quşlar, onun oxuduğu Qurani Kərimi dinləmək üçün ətrafına toplanardılar.
Əbdülməcid Şirvani həzrətləri Şirvan bölgəsində dərs verərkən Tokatta təsəvvüf atəşiylə yanan və sonradan Quru Şəms deyə məşhur olan Şəmsəddin Əhməd Sivası adındakı gənc, Şeyx Mustafa Kirbasi həzrətlərinin hüzuruna çataraq ona tələbə olmaq istəyini bildirər. Şeyx Mustafa Kirbasi bu sırada yüz yaşını keçmiş vəziyyətdə olduğundan ona belə buyurur: "Övladım sən gəncsən; mən isə qoca və xəstəyəm. Riyazət çəkməyə, nəfsin istəmədiklərini etməyə taqətim və qüvvətim yoxdur. Sənin tərbiyən ilə məşğul ola bilməm. Lakin sadiq bir tələbəsənsə Cənabı Haqq mürşidini ayağına göndərər. Gözlə bu mürşid altı ay sonra Tokata gələcəkdir."

Qara Şəms altı ay sonrasını belə izah edir: Müəllimimin sözlərindən sonra Ziləyə gedərək altı ay daha elm öyrətməklə məşğul oldum. Altı ay sonra Tokata döndüyümdə Əbdülməcid Şirvani adlı bir şəxsin şəhərə gəldiyini eşitdim. Dərhal hüzuruna getdim. Məni gördüklərində: "Ey Quru Şəms! Mənim Allahu Təalanın əmri və Sevimli Peyğəmbərimizin işarəti ilə öz məmləkətimi, ailəmi və sevənlərimi tərk edib; dağ, təpə və diyarları aşıb gəlməyim yalnız səni mənəvi elmlərdə irəlilətmə və tərbiyə üçündür" buyurdu. Beləcə Əbdülməcid Şirvani həzrətləri bundan sonra xüsusilə Quru Şəms həzrətləri olmaq üzrə Anadoluda tələbələr yetişdirməyə və doğru yolu göstərməyə başladı.

Tokata gəlməsi ilə adı və yüksəkliyi, tələbələri tərbiyədəki üstünlüyü qısa zamanda hər tərəfdə duyuldu. Ətrafı sevənləri ilə doldu. Daşlaşmış qəlbləri söhbətində, Allahu Təalanın lütf etdiyi təsirli sözləri ilə mum kimi etdi. Tələbələrini qısa zamanda övliyalıq dərəcələrinə çatdırardı. Bu səbəblə söhbətlərinə yığışanların çoxluğundan Tokat sanki bir övliya dərgahı olmuşdu.

Qəflət əhlindən biri bir gün insanlıq zərurəti Əbdülməcid Şirvani həzrətlərinə müxalif çıxaraq ürəyini qırdı. Sonra da yaxınlarını ziyarət məqsədiylə Tokat xaricinə çıxdı. Bu vaxt özünü yoxladı, qəlbində ilahi bolluq və bərəkətlərdən heç bir şey qalmadığını anladı.

O gecə yuxusunda tamamilə qızıl dolu bir xəzinəyə rast gəldi. Xəzinənin olduğu yerə girdi. O sırada biri; "Bu xəzinə sənin ikən, nə üçün, pulsuz -parasız gəzirsən?" dedi. O da; "Bəli, lakin belə, basılmamış qızıllarla bazara çıxsam, mənə bir şey verməzlər. Hətta, sən bunu haradan aldın deyə, məni yaxalıya bilərlər. Bunları, sikkəhanəyə aparıb sikkə vurdurmam lazımdır." dedi. Oyanınca, sikkəhanənin Mövlana Əbdülməcidin dərgahı olduğunu anladı. Mövlana Əbdülməciddən üzr istəmək üçün yola çıxdı. Tokata yetişən kimi birbaşa məscidə getdi. Mövlana Əbdülməcid, o sırada tələbələrinə dərs verirdi. Həmin şəxs bir küncdə oturub dinləməyə başladı. Bu sırada Mövlana Məhəmməd, o şəxsin oturduğu istiqamətə doğru dönüb; "Bir xəzinə qızıla sahib olduğunu qəbul edək. Madam ki sikkəsi yoxdur, özünə güvənirsənsə, sultanın bazarına bir apar da gör, başına nə bəlalar gəlir baxaq" deyərək, o şəxsin yuxusunun təbirini etdi. Həmin şəxs dərhal qalxıb, Mövlana Əbdülməcidin əllərini öpdü və üzr istədi. Mövlana Əbdülməcid də onu bağışladı.

1564 ilində Tokatta şiddətli bir taun epidemiyası yayaılır. Hər gün xeyli insan vəfat edir, gün keçdikcə xəstəlik daha da artırdı. Qırx-əlli gün davam edən taun epidemiyasında, xəstəlikdən minlərlə adam vəfat etmişdi.
Bunun üzərinə şəhər xalqı; "Şeyx həzrətlərindən dua istəyək. İnşallahu Təala taun epidemiyası onun xeyir-duaları ilə dayanar" dedilər. Şəhərin irəli gələnlərindən meydana gələn xeyli camaat, vəziyyəti Mövlana Əbdülməcidə ifadə etdilər. Bunun üzərinə Mövlana Əbdülməcid belə dua buyurdu:

"İlahi! Bu müsibət buludunu, kərəm və lütfkarlıq küləyinlə def et."
O anda Allahu Təalanın icazəsi ilə taun epidemiyası dayandı. O gündən sonra, otuz il Tokat şəhərinə taun xəstəliyi isabət etmədi. Taun üzündən tokat xalqı oranı tərk etməyə qərar vermişkən, Mövlana Əbdülməcidin duası bərəkəti ilə, məmləkətlərini tərk edib qürbətdə bir çox əziyyət və çətinliklərlə qarşılaşmaqdan xilas oldular. Mövlana Əbdülməcidin bu kəramətini görən Tokat xalqı, tövbə edib daha çox ibadət etməyə başladılar. Ona olan söhbət və sevgiləri artdı.

Əbdülməcid Şirvani həzrətləri də taun epidemiyasından bir müddət sonra eyni il içərisində 1564-cü ildə (H. 972) vəfat etdi. Öz vəsiyyətilə Kelkit Çayının sahilində dəfn edilib.

Vəfatından əvvəl:

"Bizi sevənlər qəbirimizin üzərinə türbə inşa etmək surətiylə, bu acizi digər müsəlmanlardan ayırmasınlar" deyə vəsiyyət etmişdi. Lakin Mövlana Əbdülməcidi çox sevən zənginlərdən bəziləri qəbrinin üzərinə türbə inşa etdirmək istədilər. Qübbə tamamlandığı gecə təməlindən yıxıldı. Bir neçə dəfə yenidən tikdilərsə də eyni şəkildə yıxıldı. Bunun üzərinə qəbri müəyyən olsun deyə ətrafını daşlarla çevirdilər. Hələ də bu qəbir Tokat və ətraf xalqı tərəfindən ziyarət edilməkdədir.

Əbdülməcid Şirvani həzrətləri tələbələrinə axirətdə peşman olmamaları və istənməyən vəziyyətlərlə qarşılaşmamaları üçün davamlı nəsihətlər edərdi. Bu barədə belə buyurardı: "Məqsədə çatmaq və qurtuluşa çatmaq iki şəkildə olar.
Biri Cənnətdə, Cənnətin yüksək dərəcələrinə qovuşmaqdır. Bu, seçilmiş kəslərin halıdır. Digəri isə, vaxtsız və məkansız, necə olacağı bilinməyən bir şəkildə Allahu Təalanın camalı ilahisini görməkdir. Bunu əldə edə bilmək üçün bu dörd səbəb vardır: 1) İman. 2) Təqva. Mürşidi kamilin yetişmiş və yetişdirə bilən rəhbərin işarəsi ilə nəfslə mübarizə edilərək əxlaq gözəlləşdirilər. Günahlardan tamamilə çəkinilər. Allahu Təaladan başqa hər şeydən tamamilə üz çevrilər. 3) Allahu Təalaya qovuşmaq üçün vəsilə axtarmaqdır. Birinci vəsilə; Mürşidi kamilin tərbiyəsində olmaqdır. İkinci vəsilə; müəllim, tələbəsini Rəsulullah əfəndimizə çatdırıb, əlaqəsini təmin etməsidir. Bu iki vəsilə ilə, imanın və təqvanın kamalına çatılar. İslamın bütün əmr və qadağanlarına, təsəvvüf yolunun bütün ədəblərinə uyğun gəlilər. Beləcə tələbədə marifətullah, söhbət, sevgi hasil olar. 4) Allah yolunda cihad."

Yenə buyurmuşlar ki:

"İblisin ən mühüm işi tələbə ilə müəllim arasında soyuqluq meydana gətirməkdir. Beləcə tələbə, dünyada və axirətdə hüsrana uğrayaraq bədbəxt olar. Bu vəziyyətdə sadiq tələbənin dərmanı sevgi ilə müəlliminə bağlılığını yeniləyib, aradakı soyuqluğu aradan qaldırmaq və ona tam təslim olmaqdır. Beləcə şeytanın vəsvəsəsini yıxmaq, dünya və axirət səadətinə qovuşmaq nəsib olar."

"Müşfiq və şəfqətli rəhbər, yəni mürşid tələbəsini alçaq dünya üçün qızıb danlamaz. Onların danlamaları dünya üçün deyil. Çünki dünyanın onların yanında ağcaqanad
qədər qiyməti yoxdur. Onlar tələbədə gördükləri xarab və uyğun olmayan hallara qızarlar. Qısaca qızmaları, dinin əmrlərinə uyğun gəlməkdə və təsəvvüf yolundakı ədəblərdə olan qüsurları səbəbiylədir."

Mövlana Əbdülməcid həzrətlərinin vəfatından sonra da görülən kəramətləri tələbələri tərəfindən izah edilmişdir. Necə ki tələbələrindən biri belə nəql etməkdədir:

Mövlana Əbdülməcid həyatda ikən, məndə kəlam elmi ilə əlaqəli bəzi şübhələr meydana gəlmişdi. Ancaq məclisində və söhbətlərindəki heybətindən ötəri, suallarımı ifadə edib cavabını almaq imkanı tapa bilmədim. Hər vaxt, bundan sonrakı məclislərində soruşaram desəm də, heç cür soruşa bilməzdim. Mövlana Əbdülməcid axirətə intiqal edincə, soruşma fürsətini qaçırdığım üçün çox kədərləndim və peşman oldum. 1574-ci ildə həccə getmək üzrə yola çıxdım. Şama gəldiyim zaman, gecə yuxumda, özümü bir çayın kənarında, müəllimim Mövlana Əbdülməcidi də qarşı sahildə gördüm. Bir tərəvəz bağçasında, ağacın kölgəsi altında, çox gözəl bir surətdə olduğu halda otururdu. Qəflətən mənə səslənib; "Şübhələrini ifadə et və cavablarını al, artıq zamanı gəlmişdir" buyurdu. Mən də dərhal yanına getdim və şübhələrimi bir-bir ifadə etdim. O da hər birinə, ürəyə şəfa olan cavablar verdi. Onun sözlərinin və cavablarının ləzzəti ilə yavaş yavaş özümə gəldim. Yuxumda öyrəndiyim şübhələrin cavablarını, oyandığımda Allahu Təalanın icazəsi ilə eynilə xatırladım.


Könül Sultanlarının iziylə:
Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed