Şrift:
Azəri-Çıraq-Günəşli yatağından hər gün 8 mln. ton neft hasil edilib
15.05.2014 [13:03] - İqtisadiyyat
Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yatağında bu ilin birinci rübü ərzində 216 mln. ABŞ dolları dəyərində əməliyyat məsrəfləri və 692 mln. dollar əsaslı məsrəflər xərclənib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ilk rübdə AÇG-nin fəaliyyətində mühüm bir nailiyyət qeyd olunub. Çıraq Neft Layihəsi (ÇNL) çərçivəsində ilk neft əldə olunub. “Qərbi Çıraq” platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən – J05 quyusundan hasilata başlayıb. O vaxtdan bəri “Qərbi Çıraq” platformasından hasilat artaraq üç quyudan indiki həddinə - gündə 40 000 bareldən artıq səviyyəyə çatıb. “Qərbi Çıraq”dan hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

Birinci rüb ərzində AÇG-dən ümumi hasilat “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə – gündə orta hesabla 645 800 barel və ya ümumilikdə 58 mln. barel, yəni təqribən 8 mln. ton təşkil edib.

Rübün sonunda ümumilikdə AÇG-də 79 neft hasilat quyusu və 35 injektor quyusu istismarda.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpeks” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), ONGC “Videsh Limited” (OVL) (2,7%) təşkil edir.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed