Şrift:
Suriyada qalan türklər...
13.12.2011 [10:50] - Türk dünyası-Turan
Redaksiyadan: Son vaxtlar Suriya hadisələri gündəmi zəbt edən olaylardandır. Bəlkə də fərqinə varmırıq, amma faktdır ki, bütün müharibələr və ixtişaşalar elə planlaşdırılır ki, ən çox zərər çəkən və itirənlər məhz Türklər olsun. İrakda partlayan bonbalar nədənsə məhz Kərkükdə partlayır, İzrail Fələstində məhz Türklər yaşayan Qolan təpəliyini bombalayır, İranda bir hadisə baş verən kimi “günahkar türklər olur” və edamlar başlayır. Çoxumuz bilmirik ki, Suriya Türkün Ana Vətənlərindəndir. Lakin indi orda olduqca az qalmışıq. Qalanlarımız da fiziki cəhətdən məhv edilmə vandalizminə məruz qalmışıq. Hazırda Suriya türkləri bəlli hadisələr səbəbindən hər gün terror və qırğınların qurbanlarına çevrilməkdədirlər...


Suriya yerləşdiyi geopolitik cəhətlərə görə Qərbi Şərqlə, Şimali Cənubla birləşdirən bölgə-ərazi olaraq önəmli mövqedədir. Burada yaşayan Türk qövmünün tarixi b.e.-dan əvvəlki ən qədim zamanlara gedib çıxır.
Son illərin arxeoloji qazıntıları hər kəsə istənilən qədər material verə bilər. İndiki İraq və Suriya ərazisində türk izləri Şumer və Babil dövründən qalmaqdadır. 800 ilə yaxın bir müddət ərzində türklər tərəfindən idarə edilən bu ərazilər 10 avqust 1920-ci ildə imzalanan Sevr Müqaviləsiylə Osmanlı dövlətindən ayrılaraq, Fransa idarəçiliyinə keçirilmişdir. Məhz o zamandan burada yaşayan etnik Türklərə qarşı assimilyasiya siyasəti tətbiq edilməyə başlanmışdır. Fransızlar ərəbləri, kürdləri, assurları, burada yaşayan erməniləri Türkə qarşı təşviq etməklə sitəm və işgəncə mənzərəsi yaradırdılar. Bu günkü Suriya nəhayət, 17 aprel 1946- cı ildən müstəqil dövlət statusu qazanmışdır. Fransanın koloniyasından çıxa bilmişdir. Burada yaşayan etnik Türklər qədim zamanlarda buraların sakini olmuş Oğuz Türkmənlərinin və Məmlük Qıpçaqlarının soyundan gəlir. Burada yaşayan türklərin gerçək sayı nə qədər gizli tutulsa da 2 milyona yaxın olduğu fərz edilir. Bu rəqəm bucağından baxsaq, türklər Suriya əhalisinin təxminən 100-də 40 faizini təşkil edir. Burada Bayat, Əfşar, Qədir, Ərəbli, Bəyqımışlı, Qara keçili, İsabəyli, Musabəyli, Elbəyli, Axar, Heyran, Qaraşlı, Çandırlı, Göynajlı, Sincar vəs. Türkmən boyları yaşayır. Suriyada təxminən 523 türkmən kəndi və qəsəbəsi vardır. Müqayisə edin - Ermənistanda bu rəqəm 558 - idi. Böyük şəhərlərdə yaşayan türkmənlər bu siyahıya düşmür. Şəhər və qəsəbələrdə türkmənləri sürətlə ərəbləşdirirlər. Son illərdə türkcə yer adları ərəbcəyə çevrilir. İsabəyli - İsəviyyə, Kabamazı - Belidiyyə, Merxan - Balviyya, Daşlıoyuk - Talhəcr, Tırınca - Bəhluliyyə və s. Suriya Türkmənlərinin dili və ədəbiyyatı əsasən Türkiyə ədəbiyyatının davamı kimidir, coğrafi yaxınlığa görə Türkiyə ədəbiyyatının təsiri altındadır. Bəzi kənd və qəsəbələrdə danışılan dil bu günkü Azərbaycan dili, ləhcəsi və şivəsinə çox bənzəyir. Buna baxmayaraq, məktəb-mədrəsə tamam ərəbcədir.
Əhalinin az qismi türkcə savad almışdır, bunlar Türkiyədə təhsil alanlardır. Burada da etnik zəmində, dini zəmində, məzhəb-təriqət zəminində toqquşmalar baş verir. Təbii ki, çox zaman ərəb əsillilər haqlı hesab edilir. Əgər bir xalqın doğma dilində kitab-məktəb yoxdursa, demək burada cəhalət, mövhumat, aşirət zehni ictimai həyatda üstünlük təşkil edəcəkdir. Türkmən elindən yüzlərlə, minlərlə insan yaxın Türkiyə Cümhuriyyətinə köç edir. Türkiyədə İraq Türkmənlərinin, Suriya Türkmənlərinin vəqfləri fəaliyyət göstərir.
Əli KƏrimbəyli /AMEA/
Bu xəbər oxucular tərəfindən 1687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed