Şrift:
Türk müğənni Rəşid Behbudovun mahnısına klip çəkdirib
21.05.2014 [13:25] - Mədəniyyət
Oya Ergün: "Rəşid Behbudovun mahnılardan ibarət yeni albomum işıq üzü gördü"

Hazırda Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün özünün də oxuduğu, ölməz sənətkar Rəşid Behbudovun ifa etdiyi “Sevgilim” mahnısını klip çəkdirir.

“Sevgilim” mahnısını klip çəklişləri Azərbaycan Dövlət Filarmoniyasında baş tutub. Oya Ergün klip haqqında fikirlərin belə ifadə edib:

“Bildiyiniz kimi bu yaxınlarda mənim Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım ölməz Rəşid Behbudovun mahnılardan ibarət yeni albomum işıq üzü gördü. Mənim üçün o, albomda ifa etdiyim mahnıların hər biri çox əzizdir. Amma mən “Sevgilim”i seçərək ona klip çəkdirmək istədim".

İfaçı bildirib ki, klipin çəklişləri 3 gün sürəcək. İlk gün artık çəkilib və maraqlı alındığını bildirib. Ən maraqlısı isə Oya xanımın açıq havada günəşin altında rəqs etməsi olub:

"İnşallah, bu yaxınlarda klipi musiqi sevərlərə təqdim olunacaq. Düşünürəm ki, məmnun qalacaqlar. Mən albomda olduğu kimi klipində keyfiyyətli çıxması üçün əlimdən gələni etdim. Mən Filarmoniyanın rəhbərliyinə başda Afət Mikayilov bu möhtəşəm binanın qapılarını mənə açdıqları üçün öz təşəkkurlərimi bildirəm". Bundan əlavə olaraq ifaçı bildirib ki, bu yaxınlarda konsert proqramı ilə tamaşaçılarının qarşısında çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed