Şrift:
Hikmət Ərən: «Ermənistan bir tarixi fürsəti əldən verdi desək yanılmarıq»
13.12.2011 [11:10] - Diaspor
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, «Ekoavrasiya» jurnalının baş redaktoru Hikmət Ərənlə müsahibə


- 2012-ci ildə istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi Qars dəmir yolu xəttinin bölgə üçün əhəmiyyəti nədən ibarət olacaq?
- Uzun zamandır ki, Dəmir İpək yolu olaraq adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində idi. Nəhayət ki, 2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başcılarının iştirakı ilə keçirilən təməl qoyma mərasiminin gerçəkləşməsi ümidlərin doğrulması yolunda böyük addım oldu.
Dəmir yolu Avropa və Çin arasındakı ticarət yollarını bir-birinə bağlayacaq. Bölgənin iqtisadi strateji əhəmiyyətini gücləndirəcək. Hələlik dəmir yolu vasitəsilə, 3 milyon ton yükün daşınması hədəflənib. Bu gün Azərbaycan-Türkiyə arasındakı ticarət dövriyyəsi 2,5-mld təşkil edir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsindən sonra ticarət dövriyyəsi 7 mld dollara çatacaq. Bu, isə Azərbaycan-Türkiyə arasındakı əlaqələrin güclənməsinə güc verəcək. Düşünürəm ki, layihə bölgənin iqtisadi-sosial həyatında böyük dəyişikliklər gətirəcək.

- Eyni zamanda, bu xətt Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etməsinə stimul verəcəkmi?
- Təbii ki, bir az öncə də qeyd etdiyim kimi, dəmir yolu istifadəyə verildiyi zamandan sonra istər iqtisadi, istərsə də sosial baxımdan inkişaf üst zirvəyə qalxacaq. Ticarət əlaqələri güclənəcək və imkanlar genişlənəcək. Dəmir yolu sayəsində daha ucuz alış təmin ediləcək və turist səfərləri artım üzrə davam edəcək. Yuxarıda qeyd etdiyim ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 2,5 mld dollardır. Bu rəqəm « bir millət, iki dövlət » malik olduğu potensialı göstərir.
Bu gün Azərbaycanda böyük layihələr həyata keçirilir. Layihələrin gerçəkləşməsində türk işadamlarının böyük xidmətləri var. Azərbaycanın müstəqillik illərindən bu gününə qədər Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Türk işadamları 20 illik müstəqillik illərində üst-üstə Azərbaycana 6 milyard dollarlıq yatırım qoyublar. Eyni şəkildə də Azərbaycanlı işadamları Türkiyədə yatırımlar gerçəkləşdiriblər və indi də bu istiqamətdə işlər gedir. Bu, iki qardaş ölkə arasında iqtisadi körpü rolunu oynayır. Xüsusilə, dəmir yolu xətt istifadəyə verildiyi vaxtdan sonra bu əlaqələr daha da güclənəcək.

- Ermənistan daha bir iqtisadi inkişafına təsir edəcək şansı əldən verdi, desək yanılmarıq. Halbuki, ölkə böyük iqtisadi layihədən böyük qazanc əldə edə bilərdi. Siz necə düşünürsünüz, İrəvan bu siyasətlə hara gedir?
- Əlbəttə, Ermənistan bir tarixi fürsəti əldən verdi desək yanılmarıq, çünki Ermənistanın belə strateji əhəmiyyətli layihələrdən kənarda qalması onun üçün böyük itkidir. Bu gün Türkiyə-Azərbaycan qonşuları ilə problemsiz bir diplomatiya yürüdürlər. Ermənistan isə tarixi proses içərisində hər zaman qonşuları ilə problem yaşamağı özlərinə rəhbər tutublar. Bu prosesdə Ermənistan iqtisadiyyatına böyük təsir edəcək dəmir yolu layihəsində faydalanmağı da bacara bilmədi. Bu dəmir yolu xətti istifadəyə verildiyi gündən sonra Bakı, Tiflis,Qars şəhərləri iqtisadi mərkəzə çevriləcəklər. Ermənistan isə bu vəziyyətdə zərərli çıxacaq. Ermənilər bunun acı təsirini sonradan hiss edəcəklər. Onda da gec olacaq.
Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed