Şrift:
Güney Azərbaycandakı ədalətsizliyi Avropa parlamentinə çıxaracağıq
26.05.2014 [09:17] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Mayın 22-dən 25-dək Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə seçkilər keçiriləcək. Britaniyada səsvermə yerli seçkilərə təsadüf edib.
Bu arada Avropa parlamentinə seçilmək üçün təbliğat aparan Britaniyanın Milli Liberal Partiyasının (National Liberal Party – NLP) reklam vərəqəsindəki namizədlər arasında Araz Yurdsevənin adı da var.
BBC Azərbaycancaya danışan siyasətçi deyib ki, onun təmsil etdiyi partiyadan namizədlər dövlətsiz millətlərin nümayəndələrindən seçilib.
Eyni zamanda "Güney Azərbaycan İstiqlal Partiyası"nın Britaniyadakı nümayəndəsi olduğunu vurğulayan cənab Yurdsevər qeyd edir ki, mandat qazandığı təqdirdə "Güney Azərbaycandakı ədalətsizliyi və haqsızlıqlar mövzusunu" Avropa parlamentində müzakirəyə çıxaracaq.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed