Şrift:
Azərbaycan ərazisində sürüşmə sahələrinin aktivləşməsinin səbəbləri açıqlanıb
13.12.2011 [12:28] - Gündəm
Bu il Azərbaycan ərazisində mövcud sürüşmə sahələrinin əksəriyyətində aktivləşmə müşahidə olunub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, il ərzində ETSN tərəfindən 213 sürüşmə sahəsində monitorinq aparılıb: “Bu il ölkə ərazisində 213 sürüşmə sahəsinin 114-də aktivləşmə müşahidə olunub. 4 yeni sahədə sürüşmələr yaranıb. Bunlar əsasən cənub bölgəsindədir. Bir müddət əvvəl Lənkəranda və Lənkəran-Lerik yolu boyunca yeni sürüşmə sahələri yaranıb. Qalan bütün sürüşmə sahələri indiyədək mövcud olanlardır. Onların hamısında monitorinqlər aparılır, aktivləşmələr var, amma təhlükəli həddə deyil”.

Ş. Niftiyev bildirib ki, aktivləşmə gedən sürüşmə sahələri Böyük Qafqazın cənub-şərq ətəkləri - Şamaxı, İsmayıllı, Ağsu, Quba, Qusar, Siyəzən rayonları ərazisində müşahidə olunub: “Bu il baş verən aktivləşmələrin bir neçəsini çıxmaq şərti ilə hamısı təbii amillərin hesabınadır. Sürüşmələrin aktivləşməsinə bilavasitə atmosfer çöküntülərinin intensivləşməsi səbəb olub”.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed