Şrift:
Azərbaycanı dünyaya tanıdan Cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti
27.05.2014 [11:52] - Gündəm, Sosial, Afişa
”Azərbaycanı dünyaya tanıdan Cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda ədəbiyyat sərgisi təşkil olunub
Azərbaycanı dünyaya tanıdan Cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti

AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanı dünyaya tanıdan Cümhuriyyət: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda ədəbiyyat sərgisi təşkil olunub.
Sərgidə Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını əks etdirən, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətlərini işıqlandıran, Azərbaycan xalqına qarşı soyqırımları, Cümhuriyyət Parlamenti və hökumətin fəaliyyətlərini, dövlət və ordu quruculuğunu, xarici siyasət, eləcə də Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkata həsr olunmuş dəyərli ədəbiyyatlar, ensiklopediyalar, monoqrafiyalar, yeni kitablar, broşurlar və başqa sənədlər nümayiş edilib. Kitablardan AMEA Tarix İnstitutunun hazırladığı “Azərbaycan Xalq Cümhuriyyəti”, A.Balayevin “Məhəmməd Əmin Rəsulzadə” (1884-1995), A.Paşayevin “Açılmamış səhifələrin izi ilə”, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası 2 cilddə, Ziya Bünyadov, M.Əliyev “Fətəli Xan Xoyski”, AMEA Milli Azərbaycan Tarix Muzeyinin nəşr etdiyi “Azərbaycanın Paris sülh konfransındakı elçiləri”, Mərkəzi Elmi Kitabxananın “Müstəqilliyə gedən yol” biblioqrafik göstəricisi, Məhəmməd Əmin Rəsulzadənin “İran türkləri”, “Qafqaz türkləri”, “Panturanizm, Qafqaz sorunu”, Nəsib bəy Yusifbəyli – Milli İstiqlal və dövlətçilik mücahidi, Qərənfil Dünyaminqızının “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər), Səbuhi Əhmədovun “Azərbaycan ordusu – uniforma, rəmzlər, nişanlar – 1918-1920”, A.Balayevin “Азербайджанские Тюрки: процессы формирования нации и национальной идентичности на рубеже XIX-XX вв.” və başqa dəyərli nəşrlər sərgidə yer alıb.
Sərgidə Azərbaycan, rus, Şərq və Qərbi Avropa dillərində 300-ə yaxın ədəbiyyat ənənəvi və virtual formada nümayiş olunub. Həmçinin Cümhuriyyət dövrünü əks etdirən kinolent və dövrün rəhbərlərinin və o dönəmi əsk etdirən fotoşəkillər təqdim edilib. Sərgi 15 gün müddətində davam edəcəkdir.

Mərkəzi Elmi Kitabxananın
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed