Şrift:
Barak Obama: İranla nüvə razılaşmasına nail olmaq şansımız ilk dəfədir xeyli yüksəkdir
29.05.2014 [12:00] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ prezidenti İranın nüvə proqramından danışıb.

“Radiofərda”ın verdiyi məlumata görə, Barak Obama bir daha İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin davam etdirilməsini dəstəkləyib: “İranla nüvə razılaşmasına nail olmaq şansı on il əvvələ nisbətən ilk dəfədir xeyli yüksəkdir”.

Onun sözlərinə görə, İran uzun illərdir ABŞ, İsrail və digər ölkələrin xəbərdarlığına baxmayaraq, nüvə proqramını inkişaf etdirib: “Ancaq ABŞ prezidenti olduğum dövrdən başlayaraq rəsmi Vaşinqton İrana sanksiyalar vasitəsilə təzyiq etməklə yanaşı, Tehrana danışıqlar aparmaq üçün də əlini uzatdı. Düzdür, bəzi fikir ayrılıqları olsa da, kompromis əldə etmək mümkündür. Müvəffəqiyyət əldə etmək üçün uzun yol qət etmək lazımdır. Biz İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçiririk. Amma son on ildə razılaşmanın əldə olunması üçün şansımız ilk dəfədir xeyli yüksəkdir”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri iyunun 16-20-də Vyanada keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed