Şrift:
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti son 5 ayda 3,9 milyon manat artıb
03.06.2014 [12:06] - Gündəm, Hərb
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait may ayında 903 176 manat artıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İyun ayının 1-i vəziyyətinə Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı ilə olan hesabına yığılan vəsait 54 713 884 AZN, ABŞ dolları ilə hesabına yığılan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Artım Fondun manat hesabında baş verib. ABŞ dolları və avro hesablarda vəsait dəyişməz qalıb. Rusiya rublu ilə olan hesaba isə vəsait daxil olmayıb.

Cari ilin ilk 5 ayında Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 3 959 370 manat və ya 5 050 861 ABŞ dolları artaraq 69 977 000 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed