Şrift:
Şəhid Xırdalanda dəfn ediləcək
03.06.2014 [12:23] - Gündəm, Hərb
Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları da iştirak edəcək

Erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində dünyasını dəyişən əsgərimiz Zaur Həsənli bu gün dəfn ediləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Həsənli Zaur Söhbətdin oğlunun cənazəsi Xırdalanda yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları da iştirak edəcək

Qeyd edək ki, iyunun 2-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayonundan hərbi xidmətə çağırılmış əsgəri Həsənli Zaur Söhbətdin oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olmuşdur.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed