Şrift:
Ter-Petrosyan: Serj Sərkisyan istənilən təhqiri həzm etməyə hazırdır
07.06.2014 [10:54] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hazırkı prezident Serj Sərkisyanı tənqid atəşinə tutub.

İyunun 5-də Ermənistanın “İlur.am” saytında Levon Ter-Petrosyanın məqaləsi dərc olunub.

Ermənistanın iyunun 15-dək Avrasiya İqtisadi İttifaqına qoşulması üçün Serj Sərkisyanın Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə müraciətini şərh edən Ter-Petrosyan məqaləsində yazıb: “Sərkisyan ona görə tələsir ki, onun hakimiyyətinin legitimliyi bundan sonra Rusiyadan asılıdır. Çünki Ermənistan ittifaqa tamhüquqlu üzv kimi yox, “alçaldılmış təbəə” kimi daxil olur. Serj Sərkisyan Avrasiya İttifaqına tələsik daxil olmaq və prezident Putinin rəğbətini qazanmaq xətrinə istənilən güzəştə, Rusiyanın təklif etdiyi istənilən sənədi şərtsiz qəbul etməyə, istənilən təhqiri həzm etməyə hazırdır. O, qaz müqaviləsini köləcəsinə susaraq qəbul etdi. Gömrük İttifaqına daxil olmaq üçün bir həftə ərzində lazımi sənədləri qəbul etdi, bu ittifaq çərçivəsində dəfələrlə alçaldı.

Nazarbayevin Qarabağla bağlı Astandakı bəyanatı isə son alçalma oldu. Sərkisyan üçün bu bəyanat gözlənilməz oldu və Ermənistanın cavabı çoxdan hazır olsa da o, Nazarbayevə cavab verə bilmədi. Bu məsələni Lukaşenko da, Nazarbayev də ötən il oktyabrın 25-də Minskdəki sammitdə qaldırmışdılar. İki gün keçəndən sonra uzaqdan-uzağa lovğalıqla “bəyanat xoşagələn və düzgün deyildi” deyəndə daha da alçaldı və gülməli vəziyyətə düşdü. Amma bunu yerində deməyə risk etmədi. Nə qədər ki, ölkəni Serj Sərkisyanın başçılıq etdiyi rejim idarə edir, Ermənistan vaxtaşırı belə təhqirlərə məruz qalacaq”.

Levon Ter-Petrosyan 1945-ci ildə doğulub. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının əsas ideloqlarından sayılır. 1989-cu ildə Erməni Ümummilli Hərəkatının sədri seçilib. 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi). 1998-ci ilin fevralında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşdığı üçün istefa verməyə məcbur edilib.

Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed