Şrift:
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
14.12.2011 [12:24] - Köşə yazarları
Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Əhməd Davudoğlu ilə Elmar Məmmədyarov arasında telefon danışığı olub.

APA-nın “Habertürk”ə istinadən yaydığı xəbərə görə, E. Məmmədyarov həmkarına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar barədə məlumat verib. Nazirlər bu mövzuda fikir mübadiləsi aparıblar.

E. Məmmədyarov və Ə. Davudoğlu Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin görüşünün 2012-ci ilin yanvarında keçirilməsi barədə razılığa gəliblər. Onlar Fransa Senatının gündəmindəki uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanun layihəsinə də toxunublar.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed