Şrift:
Azərbaycan Ordusunun üç zabiti dəm qazından zəhərlənib, onlardan biri ölüb
14.12.2011 [12:31] - Köşə yazarları
Azərbaycan Ordusunun zabitləri dəm qazından zəhərləniblər.

Hadisə Yasamal rayonu, Ə. Cəlil küçəsi, 51 ünvanında qeydə alınıb. Milli Ordunun həmin ünvanda kirayədə yaşayan zabitləri - Naxçıvan Muxtar Respublikası Babək rayon sakini, 22 yaşlı Məmmədov Əbülfət Vəli oğlu, Goranboy sakini, 22 yaşlı Qasımov Rafiq Nəsib oğlu və 22 yaşlı Məmiyev Elməddin Zamin oğlu dəm qazından zəhərləniblər.

Onlardan Ə. Məmmədov hadisə yerində ölüb. Digər iki zabit isə hospitala yerləşdirilib.

Qeyd edək ki, onların hər üçü leytenantdır.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed