Şrift:
Azərbaycan ərazilərində yanğınlar davam edir
09.06.2014 [10:36] - Xəbərlər, Hadisə
Kanal S məlumat verir ki, Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində dünən törətdiyi yanğın gecə saatlarında da müşahidə olunub. Erməni hərbçiləri iyunun 7-də günün ikinci yarısından etibarən Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin sahələrinə od vurublar.
Gecəyə doğru yanğın neytral əraziyə yayılaraq işğal olunmuş Şıxlar kəndinin ərazilərinə qədər genişlənib. Alovun təmas xəttini keçməsi və cəbhəyanı yaşayış məntəqələrinə zərər vurması faktı qeydə alınmayıb.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed