Şrift:
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi gənclər üçün müsabiqə elan etdi
10.06.2014 [17:16] - Gündəm, Bildiriş
26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə müsabiqə keçirilir

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə gənclər arasında məqalə müsabiqəsi elan edir. " Heydər Əliyev və ordu quruculuğu" adlanan müsabiqənin şərtlərinə görə 18-29 yaşlarında istənilən gənc bu yarışmada iştirak edə bilər . Onlar " Heydər Əliyev və ordu quruculuğu" başlığı altında yazılan və indiyənədək heç bir yerdə dərc olunmayan məqalələrini 20 İyun 2014-cü il saat 18:00-dək info.ashiqshemshir@gmail.com ünvanına yollaya bilərlər. Məqalələr yalnız aşağıdakı tələblərə cavab verdikdə qəbul ediləcək:
1. Dil- Azərbaycan dili
2. Ölçü- 2 səhifəyə qədər, 14 şrift
3. Word- Times New Roman
4. Tərcümeyi hal: 350-400 işarə+ fotoşəkil.
Onu da qeyd edək ki, qəbul edilən məqalələrə " Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin ekspertləri tərəfindən baxılacaq və qalib olan müəlliflərin adları Bakı şəhərində keçiriləcək olan təqdimat zamanı açıqlanacaq. Qaliblərə pul mükafatı, qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed