Şrift:
“Günay” teatr studiyası özünün 11-ci teatr mövsümünü uğurla başa vurdu.
11.06.2014 [10:34] - Gündəm, Sosial, Afişa
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyası özünün 11-ci teatr mövsümünü böyük təntənə ilə bağlayır. 2 hissədən ibarət olan tədbir 15 iyun saat 12-də R. Behbutov adına Mahnı Teatrında keçiriləcək. I hissə vokal və xoreqrafiq nömrələr, teatrallaşdırılmış ədəbi - musiqili kompazisiyalardan ibarət olacaq. Konsertdə iştirak edir: Məmmədova Səbinə - Macarıstanda keçirilmiş Beynəlxalq müsabiqənin Qran – Pri laureatı, Yusubova Leyla - Çexiya və Bolqarıstanda 2 dərəcəli xoreqrafiya üzrə mükafata, Macarıstanda qızıl medala layiq görülmüş,Arıxova Nəzrin – Moskvada keçirilən “Canlı klassika” beynəlxalq müsabiqənin qalibi, Tahirov Eldar – bir çox beynəlxalq vokal müsabiqələrinin qalibi, “Günay” rəqs ansamblı – Macarıstanda keçirilən Beynəlxalq müsabiqənin Qran – Pri mükafatçısı.
II hissədə isə “Şelkunçik” tamaşasının premyerası olacaq. Tamaşa Qofmanın eyniadlı nağılı əsasında hazırlanmışdır. Tamaşada Çaykovskinin musiqilərindən istifadə olunmuşdur. Baş rollarda: Kainbekova Elina, Korşunov Maksim, Yusubova Leyla, Mürşüdova Leyla, Aslanova Gülər,Şeqlov Akim.
Ssenari müəllifi, quruluş və musiqi tərtibatı teatr studiyasının rəhbəri Larisa Tarusovaya, rəqslərin quruluşu isə Günəş Talıbovaya məxsusdur.
Bu xəbər oxucular tərəfindən 3224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed