Şrift:
BMT yanında daimi nümayəndə baş katibə söz verdi
11.06.2014 [12:03] - Gündəm, Siyasət
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev iyunun 10-da etimadnaməsini baş katib Pan Gi Muna təqdim edib. AzərTAc xəbər verir ki, görüşdə səfir Azərbaycanın BMT ilə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu deyib. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkənin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qətnamələrinə istinad edərək BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Yaşar Əliyev bir sıra vacib sahələrdə, xüsusilə multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb.

Yaşar Əliyev aprelin 11-də Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndə təyin edilib. O, 1992-ci ildən Azərbaycanın BMT-dəki daimi nümayəndəliyində çalışıb, 2002-ci ilin martından nümayəndəliyə rəhbərlik edib, eyni zamanda Kubada fövqəladə və səlahiyyətli səfir olub. 2006-cı ildə ABŞ-da fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin edilib və 2011-ci ilin oktyabr ayına qədər həmin postda çalışıb.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed