Şrift:
Sabah Azərbaycanın rayonlarında havanın temperaturu 3-4 dərəcə enəcək
11.06.2014 [13:48] - Gündəm, Bildiriş
Sabah Azərbaycanın rayonlarında havanın temperaturu 3-4 dərəcə enəcək, bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, olacaq, arabir tutulacaq. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gecəyə doğru arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20, gündüz 27-32 dərəcə isti təşkil edəcək.
İyunun 12-də Azərbaycanın bölgələrində gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed