Şrift:
Əlirza Amanbəyli: Keçmişdə olduğu kimi, yenə qalib Türk olacaq
13.06.2014 [15:34] - Gündəm, Müsahibə
İran prezidenti: "Gələn həftədən başlayaraq Urmiya gölündəki böhranı həll etmək üçün bütün araşdırmalara baxacağıq"
Elman Cəfərli: "İran hakimiyyəti Urmiya gölünün qurudulmasının qarşısını almaq üçün hərəkətə keçməlidir"
Əlirza Amanbəyli: Keçmişdə olduğu kimi, yenə qalib türk olacaq

İyunun 10-u Təbrizdə hökumətin Urmiya gölünün qurumasına laqeyd yanaşmasına qarşı etiraz aksiyası keçirilib. ETTELAAT-ın mülki geyimli əməkdaşları polis qüvvələri ilə birlikdə dinc aksiyaçılara hücuma keçib. Polislə qarşıdurmalar zamanı 14 nəfər tutulub.
Ölkənin dini lideri Xamneyinin Təbrizdəki nümayəndəsi Müctəhid Şəbistəri Urmiyə gölünə diqqət yetirilməsini istəyib.
Dünən İran prezidenti Həsən Ruhani də Urmiya gölündəki vəziyyətlə bağlı danışıb. Ruhani xatırladıb ki, İran Nazirlər Kabineti ötən il Urmiya gölü ilə bağlı yığıncaq keçirib: "Həmin toplantıda Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün işçi qrupu yaradılıb. Həmin qrup tərəfindən hesabat hazırlanır. Gələn həftədən başlayaraq Urmiya gölündəki böhranı həll etmək üçün bütün araşdırmalara baxacağıq".
Rejimin aksiyadan narahatlığı göz qabağındadır. Harahatlıqlardan doğan bu kimi açıqlamalar dəfələrlə verilib, lakin gölün xilası istiqamətində əməli olaraq heç bir iş görülməyib. Elə İran prezidentinin bu dəfə də "bütün araşdırmalara baxacağıq" vədi hökumətin yenə də real addımlar atmaq niyyətində olmadığını bir daha ortaya qoyur. Bölgə inkarolunmaz ekoloji fəlakət qarşısındadır.

Milli Dirçəliş Hərəkatı Pratiyasının (MDHP) Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli vurğuladı ki, Təbrizdə, Urmuyiayda və Güney Azərbaycanın başqa şəhərlərində son günlərdə keçirilən etiraz aksiyalarının səbəbi əsasən İran rejiminin fəaliyyəti ilə bağlıdır. Əlirza Amanbəylinin dediyinə görə, İran rejimi məqsədli şəkildə Urmu gölünün qurudulmasına çalışır: "Bu aksiya prezident Həsən Ruhaninin, eyni zamanda başqa dövlət rəsmilərini Urmiya gölü ilə əlaqədar verdikləri yalan vədlərə qarşı Güney Azərbaycan əhalisinin öz varlığına və min illərdən bəri yaşadıqları torpaqlarda təbii sərvətlərinə, milli kimliyinə biganə qalmaycaqlarının göstəricisidir. Göründüyü kimi 10 gün bundan öncə Güney Azərbaycan türkləri sosial şəbəkələrdən və sms vasitələrindən istifadə edərək xəbərlər yayıblar ki, iyun ayının 10-da Təbrizdə, Urmiyada və Güney azərbaycanın başqa şəhərlərində Urmiyə gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirəcəklər. İranın təhlükəsizlik orqanları polis və mülki geyimli məmurlar bu kütləvi aksiyanın qarşısını almaq üçün aksiya günündən öncə bütün vasitələrdən istifadə etməyə başlayıblar. Təbrizdə və Urmiyada təxminən 30 nəfərə yaxın milli fəal müxtəlif bəhanələrlə həbs olunaraq təzyiq və təhdidlərə məruz qalmaqdadırlar. Bununla yanaşı İran rejiminin rəsmiləri Güney Azərbaycnda kütləvi aksiyanın keçirilməsindən qorxuya düşərək yenə xalqa aldadıcı vədlər verməklə əhalinin sakitləşdirməyə cəhd etdilər. Lakin bütün bu təhdid və təzyiqlərə baxmayaraq Güney Azərbaycan türkləri 10 iyunda öncədən məüyyən etdikləri yerlərə toplaşaraq rejimin antitürk siyasətinə və yalan vədlərinə qarşı öz etirazlarını dinc və mədəni formada bildirdilər. Buna dözümlülük göstərməyən və Güney Azərbaycan türklərinin kütləvi aksiylarından qorxuya düşən iran təhlükəsizlik məmurları aksiya iştirakçılarına hücüm edərək çoxlu sayda soydaşımızı həbs etməklə yanaşı rezin dəyənəklərdən və hətta rezin güllələrdən, göz yaşardıcı qazlardan istifadə edərək əhalinin dağıtmaqa çalışıblar. Bir neçə saat ərzində həm Təbrizdə, həm də Urmiyada ciddi qarşıdurma yaranıb".
Əlirza Amanbəylinin fikrincə, bu birinci dəfə deyil ki, Güney Azərbaycan türkləri öz milli hüquq və azadlıqlarını, təbii sərvətlərini, tarixi abidələrini qorumaq üçün İran rejiminin anti türk siyasətlərinə qarşı etiraz aksiyaları keçirirlər: "Həmin dinc aksiyalar rejimin çox radikal təpkisilə qarşılanır və nəticədə çoxlu sayda milli fəal həbs olunaraq ağır təzyiq, təqib və işkəncələrə məruz qallırlar. Lakin buna baxmayaraq güneyli soydaşlarımızın iradəsini sfndfra bilmirlər. Əksinə milli hərəkat günü gündən güclənir bə özünə beynəlxalq sttus qazanıb. Məlum olduğu kimi İran rejimi qeyri fars millətlərə, özəliklə Güney Azərbaycan türklərinə qarşı müxtəlif formalarda assimlasiya və repressiya siyasətini uzun illərdən bəri davam etdirirlər. Son illərdə Güney azərbaycanın tarxi türk yurdlarına şimali İraqdan, Türkiyyədən kütləvi formada terrorçu kürdləri qərbi Azərbaycan vilayətlərinə yerləşdirməklə bu bölgəni türklərdən təmizləməyə və İranın başqa əyalətlərinə köçürməyə çalışır. Bu səbəbdən də Urmiya Gölünə axan çayların qarşısında prspektivi olmayan sədlər tikməklə yerli əhalinin kənd təsərrüfatını məşv etmək niyyətindədir ki, əhali ciddi iqtsadi çətinliklərə məruz qalsın bə öz yurd yuvalarını tərk etməyə məcbur olsun. Bununla yanaşı İran rejimi Azərbaycan vilayətlərində yerli sərmayə sahiblərinin bu bölgələrdə sərmayə yatırımının qarşısını almaq üçün müxtəlif əngəllər yaradır. Nəticədə Güney Azərbaycanda işsizliyin sayı günü gündən çoxalır və soydaşlarımız ailələrini təmin etmək üçün ya bu bölgələri tərk etməyə məcbur qalır, ya da çox ağır durumda yaşamağa məhkum olur. Bu səbəblərdən də Güney Azərbaycanda narkomniya və cinayət əməllərinə meyl artır ki, bu da molla rejiminin hədəflərindən biridir. Amma bütn bu təxribatlara baxmayaraq Güney Azərbaycan türklərinin milli azadlıq mücadiləsinin qarşısını almmaq mümkün olmayacaq. Keçimiş illərlə müqayisədə bu gün Güney Azərbaycanda milli oyanış çox geniş formada inkişaf edir və artıq kütləvi xarakter alıb.


Siyasi şərhçi Elman Cəfərli bildirdi ki, İranın hazırkı panfarsist rejimi Urmiya gölünün qurumasına biganədir. O, həmçinin diqqətə çatdırdı ki, dəfələrlə parlamentdə türk millət vəkilləri məsələni qaldırsalar da, İran hökuməti ciddi tədbirlər görmür: "Urmiya gölü qurusa bölgədə ciddi ekoloji fəlakət, humanitar böhran yaranacaq. Urmiya Qərbi Azərbaycan ərazisidir. Bölgədə yaranan ekoloji fəlakət türklərin ərazidən miqrasiyasına nədən ola bilər. İran hakimiyyəti problemi həll etməsə, Güney Azərbaycan Milli Hərəkatı ciddi tədbirlərə əl atacaq. Təbriz və Urmiyada baş verənlər xəbərdarlıqdır. İran hakimiyyəti may qiyamının təkrarlanmasını istəmirsə, Urmiya gölünün qurudulmasının qarşısını almaq üçün hərəkətə keçməlidir.

Son günlərdə Təbrizdə və Urmiyada keçirilən Urmu Gölu aksiyası bir daha göstərdi ki, bu torpaqlar türklərə məxsusdur. Bu vilatyəti və Urmiya gölünün qorunmasında hətta ölümə getməyə hazır olan möhkəm iradəyə sahib soydaşlarımz var. Güney azərbaycan Türkləri dəfələrlə bəyan ediblər ki, nə terroçu kürdə, nə də farsın himayəsində olan ermənilərə verəsi torpabı yoxdur. Bu kimi bəyanatlardan yəqinki həm İran rejimi həm də türkün torpağına göz dikənlər nəticə çıxaracaqlar. Əks təqdirdə keçmişdə olduğu kimi yenə qalib türk olacaq".
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Tokio Urmiya gölünün bərpası məqsədilə 1 milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.

Əli
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed