Şrift:
Fərhad Bədəlbəyli: “Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında növbəti görüş Rusiyada keçirilə bilər”
14.12.2011 [15:39] - Köşə yazarları
“Dağlıq Qarabağ bizim torpağımızdır. Biz ora qayıtmalıyıq və orada yerli camaatla müvəqqəti də olsa yaşamalıyıq. Ona görə də biz bir-birimizi eşitməliyik”.

Bu fikirləri “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında növbəti görüş Rusiyada keçirilə bilər: Rusiyada ermənilərin çox böyük lobbisi var. Polad Bülbüloğlu bizim icmanın üzvüdür. O bu görüşü təşkil edə bilər”.

F. Bədəlbəyli bildirib ki, Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları əraziləri boşaltmalıdır: “Biz ora necə getməliyik və necə yaşamalıyıq? Təhlükəsizlik və evləri bərpa etmək problemləri var. Axı biz ora silahsız gedəcəyik. Ona görə də bu problemləri müzakirə etməliyik. Bizim də bir strateji planımız olmalıdır. Biz o vaxta hazır olmalıyıq”.
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed