Şrift:
AYB-nin XII qurultayı keçirilir
17.06.2014 [15:26] - Gündəm, Mədəniyyət
Zəlimxan Yaqub səhhətindəki ciddi problemlərə baxmayaraq qurultaya qatılıb

Azərbaycan Azərbaycan Yazıçılar Birliyinin (AYB) 12-ci qurultayı öz işinə başlayıb.

Qurultayı giriş sözü ilə AYB sədri Anar açıb. Xalq yazıçısı öz çıxışında bildirib ki, AYB üzvlərindən seçilən 439 nəfərdən 364 nəfəri qeydiyyatdan keçərək qurultayda iştirak edir.

Qurultayda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, məşhur qazax yazıçısı Oljas Süleymenov, dövlət müşaviri, yazıçı Kamal Abdulla, xalq şairi Fikrət Qoca, Sabir Rüstəmxanlı və başqaları iştirak edir.

Eləcə də xalq şairli Zəlimxan Yaqub səhhətindəki ciddi problemlərə baxmayaraq qurultaya qatılıb.

Qurultayın gedişində dünyasını dəyişən yazıçıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed