Şrift:
SKMF gələn il sahibkarlara 200 mln. manat həcmində güzəştli kreditlər ayıracaq
15.12.2011 [11:48] - İqtisadiyyat
Gələn il İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 200 mln. manat güzəştli kreditlər verəcək. Bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, vəsaitin 90 mln. manatı dövlət büdcəsindən, 110 mln. manatı isə geri qaytarılan vəsaitlər hesabına təmin olacaq: “Əgər 2008-ci ildə geri qaytarılan kreditlərin həcmi 23 mln. manat idisə, 2011-ci ildə bu göstərici 104 mln. manata çatıb”.

Ş.Abdullayev deyib ki, bu il sahibkarlara 136 mln. manata yaxın kreditlər ayrılıb ki, bunun da 25%-i Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib: “Gələn il Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilən kreditlərin həcmi bir qədər də artırılacaq, əsasən südlük, ətçilik və s. müəssisələrinin yaradılmasına diqqət yetiriləcək”.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed