Şrift:
Daxili Qoşunların şəxsi heyəti Mübariz İbrahimovun məzarını ziyarət edib
19.06.2014 [15:21] - Gündəm, Hərb
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının şəxsi heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Əsgərlər II Fəxri Xiyabanda Milli Qəhrəmanın məzarı üstünə gül dəstələri qoyublar.

Şəxsi heyətə xatırladılıb ki, M. İbrahimov 2005-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətini Daxili Qoşunlarda keçib, çavuş hərbi rütbəsinədək yüksəlib. Daxili Qoşunlarda xidmət etdiyi müddətdə Mübariz vətənə layiqli əsl hərbçi kimi formalaşıb. Hərbi xidməti başa vurduqdan sonra, bir müddət mülki işlərdə çalışıb, 2009-cu ilin avqust ayında gizir hərbi rütbəsində Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrindən birində xidmətə başlayıb. 2010-cu ilin aprel-iyul aylarında taqım komandirinin müavini vəzifəsində xidmət edib. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə təkbaşına təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin silahını özünə qarşı yönəldərək 5 saat təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Prezidentin 22 iyul tarixli sərəncamına əsasən Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed