Şrift:
Dünya Çempionatı: Yaponiya – Yunanıstan - 0:0
20.06.2014 [12:05] - İdman
Futbol üzrə Braziliyada keçirilən dünya çempionatında C qrupunun ikinci turunda məğlublar üz-üzə gəlib - Yaponiya Yunanıstanla görüşüb. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Kolumbiya ilə görüşdə 0:3 hesabı ilə məğlub olsalar da, zəif təsir bağışlamayan yunanların asiyalılara qalib gələcəyi gözlənilirdi. Ancaq yunanların kapitanının qırmızı vərəqə alaraq oyunu tərk etməsi bütün planların üstündən xətt çəkib. Oyun 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Yaponiya-Yunanıstan oyununun 0:0 hesabı ilə yekunlaşması Kolumbiya millisinin DÇ-nin 8/1 final mərhələsinə adlamasını təmin edib. İki turun nəticələrinə əsasən, Kolumbiya millisinin aktivində 6, Kot-divuar – 3, Yaponiya və Yunanıstan komandalarında isə 1 xalı var.

Son turda Yaponiya Kolumbiya ilə, Yunanıstan isə Kot-divuar ilə oynayacaq.

C qrupu

Yaponiya – Yunanıstan - 0:0

Qırmızı vərəqə: Katsouranis, 38
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed