Şrift:
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub
15.12.2011 [12:03] - Gündəm
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 14-də saat 17.00-dan 17.10-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.30-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.40-dan 16.45-dək, 21.45-dən 22.10-dək, 23.10-dan 23.45-dək və dekabrın 15-də saat 02.00-dan 02.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 949 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed