Şrift:
İran PJAK-a ağır zərbə endirdiyini açıqlayıb
23.06.2014 [12:48] - Güney Azərbaycan xəbərləri, Hərb
İran PKK terror təşkilatının İran qolu hesab edilən PJAK-a mənsub bir qrup silahlını zərərsizləşdirdiyini açıqlayıb.

İranın “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan açıqlama verib.

Onun sözlərinə görə, PJAK üzvləri bu günlərdə bütün təchizatları ilə İrana daxil olmağa səy göstəriblər: “Ancaq İran hərbçiləri terrorçuları dəf etməyi bacarıb və onlara ağır zərbə endirib”.

İranlı general hadisənin nə vaxt baş verdiyi və PJAK terrorçularının nə qədər itki verdiyi barədə heç bir məlumat verməyib.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed