Şrift:
Putin ilə Obama arasında bir neçə məsələ müzakirə olunub
25.06.2014 [10:30] - Siyasət
Rusiya Dövlət Başçısı Vladimir Putin əvvəldən təyin olunan təqvimə uyğun olaraq ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama ilə telefon müzakirəsi aparıb.
Medianın yaydığı məlumata görə, iki lider Ukraynada sülhün təmin edilməsi, Suriya böhranı və İŞİD-in (İraq və Şam İslam Dövləti) İraqda törətdiyi fəlakətləri müzakirə edib.

Putin danışıq zamanı Şərqi Ukraynada atəşkəsin təmin edilməsi və birbaşa danışıqların başlamasının böhranın normallaşması üçün prioritet olduğunu vurğulayıb. Putin və Obama İŞİD-in hərəkətlərindən duyduqları narahatlıqları dilə gətirib. Liderlər həmçinin İranın nüvə proqramı mövzusunda da fikir mübadiləsi aparıb.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed