Şrift:
Azərbaycanın xarici işlər naziri İsrail Xarici İşlər Nazirliyinin baş katibi ilə görüşüb
15.12.2011 [17:42] - Köşə yazarları
Görüşdə Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən proseslər müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İsrail rəsmisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə E. Məmmədyarova təbriklərini çatdırıb.

R. Barak iki ölkə arasında diplomatik münasibətlərin 20 il öncəyə söykəndiyini bildirərək, əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

E. Məmmədyarov Azərbaycanla İsrail arasında əlaqələrin böyük potensiala malik olduğunu qeyd edərək, siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed