Şrift:
Suriyada döyüşmüş daha bir Azərbaycan vətəndaşı həbs edilib
27.06.2014 [15:47] - Hadisə
Azərbaycanda vəhhabi təriqətinin üzvü olduğu iddia edilən şəxslər saxlanılıb.

Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakinləri Ruslan Abdullayev və Səbuhi Cəfərov saxlanılıblar.

Zərdab Rayon Polis Şöbəsindən APA-ya S. Cəfərovun saxlanılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, S. Cəfərov qanunsuz silah saxlamaqda təqsirli bilinir. Onun yaşadığı evdən əl qumbarası götürülüb.

Polisdən həmçinin bildirilib ki, S. Cəfərov uzun müddət Suriyada gedən döyüşlərdə iştirak edib və bu ilin fevralında geri qayıdıb.

Zərdab polisindən R. Abdullayevin saxlanılması barədə isə məlumat verməyiblər.

R. Abdullayevin qardaşı Ramiz Abdullayev də Suriyada gedən döyüşlərə qatılıb. O, İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının fəal üzvlərindən sayılır.

Məlumata görə, R. Abdullayevin saxlanılması da qardaşı ilə bağlıdır.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed