Şrift:
Zaqatalada güclü zəlzələ olub
30.06.2014 [10:15] - Gündəm, Hadisə
Kanal S-in verdiyi məlumata görə, Qax şəhərində hər kəs küçələrə axın edib. Zəlzələ əsasən də hündür mətəbəli yaşayış binalarında hiss olunub. Qax şəhərinin 5 mərtəbələr adlanan yaşayış massivində hamı bir nəfər kimi evlərini boşaldıb. Əraziyə Qax RPŞ-nin əməkdaşları da gəlib.
Zəlzələ baş verən anda Qax rayon Təcili Tibbi Yardım Məntəqəsinə eyni anda 2 çağırış da daxil olub, çağırışlardan biri rayonun Qum kəndində, biri isə şəhər ərazisində qeydə alınıb. Təşvişə düşən sakinlərə ilkin yardımlar göstərilib. Zəlzələ nəticəsində dağıntı və təlafat olması barədə məlumat yoxdur. Yalnız episentrə yaxın ərazidə yerləşən Güllük kəndində bundan əvvəl baş vermiş zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məlumatlar var. Qeyd edək ki, zəlzələ Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb, 12 km dərinlikdə baş verən təkanlar episentrə yaxın yaşayış məntəqələrində 6 bala qədər hiss olunub.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed