Şrift:
İranla Rusiya İraq və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
30.06.2014 [10:19] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian bu gün səhər Rusiyaya səfər edib.
İran televiziyasının rəsmi xəbər saytı iribnews-in verdiyi məlumata görə, səfər zamanı Hüseyn Əmirabdullahian Rusiya Prezidentinin Yaxın Şərq ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov ilə İraq və Yaxın Şərq ölkələrindəki vəziyyəti müzakirə edəcək.
Məlumata əsasən, görüşdə Fələstin, Suriya və Bəhreyndəki son durum da müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed