Şrift:
Klod Salhani: Azərbaycanın təkcə pis deyil, həm də hamı üçün problem yaradan qonşusu var
01.07.2014 [11:13] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Tarixdə deyilir ki, Tanrı müqəddəs Patrikdən İrlandiyaya getməsini istəyəndə o, imtina edərək bildirmişdi ki, adada ilanlar məskunlaşıb. Tanrı buyurdu: "Əgər getməsən, sənə pis qonşular verəcəm".
Pis qonşu istənilən insan və ya ölkə üçün həqiqətən də böyük problemdir. Təəssüf ki, Azərbaycan da Ermənistanın simasında belə problemlə üzləşib.
Cənubi Qafqazın iki ölkəsi arasında yeni tarix mənfi faktlarla doludur. Təkcə SSRİ dağılan zaman Ermənistanın aqressiv hərəkətlərindən və Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğalından, ermənilərin Azərbaycanın kənd və şəhərlərinə hücumlarından, mülki əhalinin kütləvi qətlindən sonra yaranan yalnız münaqişənin başlanğıcındakı deyil, "müharibə və sülhün" olmadığı bugünkü vəziyyət də əslində olduqca təhrikedicidir və münaqişənin yeni zorakılıq mərhələsinə keçməsi riski qalır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatı ondan xəbər verir ki, Ermənistan qoşunları demək olar hər gün Azərbaycan mövqelərinə hücum edirlər, ayrı-ayrı günlərdə isə cəbhə xəttində əsgərləri öldürürlər ki, bu da dəfələrlə baş verib.
Yaxşı qonşular olduqdan sonra növbəti vacib dəyər yaxşı dostların mövcudluğudur ki, Azərbaycanın belə dostları olduqca çoxdur. Üstəlik bunlar sadəcə yaxşı deyil, həm də nüfuzlu dostlardır. Məsələn, Qazaxıstanın nümunəsində olduğu kimi.
Qazaxıstan Prezidenti Nursulatan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinə münasibətdə öz ölkəsinin mövqeyini dəqiq müəyyənləşdirdi. O, ermənistanlı həmkarından Gömrük İttifaqına daxil olarkən Ermənistanın rəsmən tanınmış sərhədləri ilə bağlı BMT-nin prinsiplərinə riayət etməyi xahiş etdi. Bununla da Prezident N.Nazarbayev Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsini yenidən bəyan etdi.
Azərbaycan KİV-in yazdığına görə, daha əvvəl Azərbaycanda səfərdə olmuş Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında qəbul edilməlidir, lakin bu, BMT tərəfindən tanınmış sərhədləri çərçivəsindəki Ermənistan olacaq.
Vaşinqtonda "The Globalist"-in baş analitiki, Rusiya və keçmiş sovet məkanı üzrə ekspert Martin Sieff deyib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması qərarı sürpriz deyil. M.Sieff Trend-ə bidirib ki, Ermənistan iqtisadi baxımdan demək olar Rusiyadan tam asılı vəziyyətdədir.
Həqiqətən də Ermənistan siyasi və strateji baxımdan müdafiə üçün həmişə Rusiya tərəfinə baxıb. Kommunizmin çökməsi ilə İrəvan Rusiyanın başçılıq etdiyi Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) loyal üzvüdür.
Rusiyanın regionda mövcudluğu hələ də kifayət qədərdir, bəzi ölkələrdə çox, digərlərində az.
Əgər ABŞ Moskva ilə yaxşı münasibətlər saxlasaydı, bunun bir az sərfəli olması ehtimalı var idi. Lakin Vaşinqton və qərbi avropalı müttəfiqlər Rusiyaya səfil kimi münasibət göstərməyə davam edirlər.
M.Sieff qeyd edib: "Təəccüblüdür ki, amerikalı siyasətçilər Rusiya ilə konstruktiv dialoqun qurulması zəruriliyinə məhəl qoymamaqda davam edirlər".
ABŞ-ın Moskvadakı səfiri vəzifəsi Maykl Makfolun gözlənilməz gedişindən sonra bir neçə aydır vakant olaraq qalır. Analitik deyib ki, bütün soyuq müharibə dövründə belə bir vəziyyət olmayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra Bakıda brifinqdə bəyanat verdi: "İnteqrasiya prosesləri Gömrük İttifaqına daxil ölkələrin ərazilərində həyata keçirilir. Dağlıq Qarabağ bura aid deyil, lakin razılaşdırılmış prinsiplər əsasında aparılan danışıqların predmetidir".
S.Lavrovun dediyinə görə, daha əvvəl Ermənistan bəyan etmişdi ki, bu inteqrasiya proseslərində BMT-nin tanıdığı sərhədlər çərçivəsində iştirak edir.
Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon 20 ildən artıqdır Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Buna görə də başqa sözlə, daha doğrusu, siyasi dildə Rusiya Ermənistana deyir ki, Moskva Ermənistanın sözügedən əraziləri işğal etməsini deyil, Bakının tələblərini dəstəkləyir.
Belə alınır ki, Azərbaycanın təkcə pis deyil, həm də hamı üçün problem yaradan qonşusu var.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed