Şrift:
Lənkəran rayonunda yerli sakinlərlə sərhədçilər arasında baş vermiş insidentlə bağlı rəsmi açıqlama yayılıb
16.12.2011 [12:06] - Köşə yazarları
Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu Azərbaycanın Lənkəran rayonunda baş verən insidentlə bağlı açıqlama yayıb.

Bu qurumların mətbuat xidmətlərindən verilən məlumata görə, dekabrın 15-də saat 17.30 radələrində Lənkəran rayonunun Nərimanabad-2 kəndinin bir qrup sakini dəniz sərhədlərini pozmaqla qanunsuz balıq ovu ilə məşğul olarkən onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bundan xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər kənd sakini ilə sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər. Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışmış, asayişi pozmamağa dəvət ediblər. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İctimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılıb, 6-sı saxlanılıb.
Fakt üzrə rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed