Şrift:
Gənclərimiz hərbi xidmətə yola salındı
04.07.2014 [14:41] - Xəbərlər, Hadisə, Gənclik
04 iyul 2014-cü il tarixində Lökbatan qəsəbəsindəki 1941-1945-ci illər və Qarabağ müharibələrində həlak olan rayon sakinlərinin xatirəsinə yaradılan abidə kompleksinin önündə Qaradağ rayon çağırışçılarının bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Novruz Rəhimov, Şura üzvləri, rayon ağsaqqaları, müharibə veteranları, valideynlər, gənc çağırışçılar və rayon ictimaiyyəti iştirak edirdi.
Dövlət himnimizin səslənməsi ilə başlayan tədbiri giriş nitqi ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Novruz Rəhimov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirdi. Gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzuladı.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tez-tez hərbi hissələrdə olması cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlər ilə səngərlərdə görüşü hərbçilərimizdə ruh yüksəkliyini artırır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki tədbirlər görülür.
Son illər Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılması hərbi məhsullar istehsal edən zavodların açılması ölkənin hərbi sisteminin, müdafiə qüdrətinin gücləndirilməsinə xidmət edir.
Tədbirin sonunda həqiqi hərbi xidmətə gedən çağırışçılara rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunaraq müqəddəs Qurani-Kərimin və Azərbaycan Respublikasının bayrağı altından keçərək xidmətə yola salındılar.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed