Şrift:
İhsanoğlu Ankaranı ərəb-İsrail münaqişəsi məsələsində bitərəf olmağa çağırıb
04.07.2014 [21:40] - Gündəm, Siyasət
Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmələddin İhsanoğlu Ankaranı ərəb-İsrail münaqişəsi məsələsində bitərəf olmağa çağırıb. u barədə E.İhsanoğlu "CNN Türk" telekanalına müsahibəsində bildirib.
O, qeyd edib ki, Ankara ərəb-İsrail münaqişəsi, xüsusilə də Fələstin məsələsində neytral tərəf olmalıdır: "Fələstindəki münaqişəyə baxmayaraq, elə ərəb ölkələri var ki, onlar İsraillə yaxşı münasibətlərə malikdir".
Namizədin sözlərinə görə, Türkiyə Fələstin böhranının nizamlanması məsələsində vasitəçiliyi davam etdirməlidir.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed