Şrift:
Dünyanın ən xoşbəxt və bədbəxt ölkələrinin siyahısı açıqlanıb
16.12.2011 [12:44] - Gündəm
“Forbes” jurnalı mərkəzi Dubayda yerləşən Leqatum İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan ən xoşbəxt və bədbəxt ölkələrin siyahısını açıqlayıb.

APA-nın xəbərinə görə, siyahı hazırlanarkən dünya əhalisinin 93 faizinin yaşadığı 110 ölkə 8 fərqli kateqoriyada dəyərləndirilib.

Siyahının başında ötən iki ildə olduğu kimi bu il də Norveç dayanıb.
Bu ölkənin əhalisinin 95 faizi yaşayış şəraitindən məmnundu, əhalinin 74 faizi isə ətrafdakı insanlara güvəndiyini bildirib.

Dünyanın ən xoşbəxt 20 ölkəsinin 14-ü Avropa qitəsində, 3-ü isə Asiyadadır. İlk 20-likdə İngiltərə 13-cü, Almanya 15-ci, Fransa 18-ci, Sinqapur 16-cı, Honq Konq 19 –cu, Tayvan isə 20-ci sıradadır.

Türkiyə isə bu siyahıda 75-ci sıradadır.

Dünyanın ən bədbəxt ölkəsi isə yeni doğulan uşaqların 10 faizinin bir yaşına çatmadan öldüyü və yoxsulluğun hökm sürdüyü Orta Afrika Cümhuriyyətidir.

Dünyanın ən xoşbəxt ölkələrinin ilk onluğu belədir:

1. Norveç
2. Danimarka
3. Avstriya
4. Yeni Zellandiya
5. İsveç
6. Kanada
7. Finlandiya
8. İsveçre
9. Hollandiya
10. ABŞ

Dünyanın ən bədbəxt ölkələri isə bunlardır:

1. Orta Afrika Cümhuriyyəti
2. Zimbabve
3. Efiyopiya
4. Pakistan
5. Yəmən
6. Sudan
7. Nigeriya
8. Mozambik
9. Kenya
10. Zambiya
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed