Şrift:
İslandiya Fələstinin müstəqilliyini rəsmi olaraq tanıyıb
16.12.2011 [12:47] - Gündəm
İslandiya Fələstinin müstəqilliyini rəsmi olaraq tanıyıb və onunla diplomatik münasibətlər quracaq.
İslandiyada səfərdə olan Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Reykyavikin bu addımı alqışlayıb.

Qəbul olunan qərara əsasən İslandiya suveren və müstəqil Fələstin dövlətini 1967 ildə baş vermiş “altıgünlük” müharibədən qabaqkı sərhədlərində tanıyıb.
Xatırladaq ki, İslandiya Fələstinin müstəqilliyini tanıyan ilk Qərbi Avropa ölkəsidir.
2005-ci ildə Fələstini Venesuela, 2009-2010-cu illərdə Braziliya, Argentina, Boliviya, Ekvador, Qayana, Peru və Çili tanıyıblar.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed