Şrift:
Eduard Şevardnadze vəfat etdi
07.07.2014 [15:13] - Xəbərlər, Gündəm
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze 86 yaşında Tbilisidə vəfat edib.

Şevardnadzenin ölüm xəbərini Rusiyanın İTAR-TASS agentliyi yayıb.

Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb.

1992-2003-cü illərdə müstəqil Gürcüstan dövlətinə rəhbərlik edib.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed