Şrift:
Həftə sonu Azərbaycan ərazisində çiskinli hava gözlənilir
16.12.2011 [13:30] - Köşə yazarları
Dekabrın 17-də Bakı və Abşeron yarımadasında buludlu, gün ərzində əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin axşam və gecə bəzi ərazilərdə çiskinli olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 17-də gün ərzində əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, qıraq şərq rayonlarında isə çiskinli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Dekabrın 18-da bölgələrdə havanın gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, səhər və axşam duman, bəzi şərq rayonlarda çiskinli az yağıntı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed