Şrift:
Gənclər Fondunun dəstəyi ilə "Milli Qəhrəmanlarımızı tanı" maarifləndirmə layihəsinə start verilib
08.07.2014 [20:44] - Gündəm, Gənclik, Bildiriş
Qarabağ müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil olunacaq


"Milli Qəhrəmanlarımızı tanı" maarifləndirmə layihəsi ermənilərin Azərbaycana olan ərazi iddialarının qarşısını almaq məqsədi ilə döyüşlərə atılaraq şərəfli döyüş yolu keçən və hazırda da həyatda olan və yenə də şərəflə xalqa, vətənə xidmət edən Milli Qəhrəmanlarımızın gənclərimizə tanıdılmasına xidmət edir. Bu barədə məlumat verən layihə rəhbəri Sevinc Nəcəfova bildirib ki, layihə çərçivəsində hazırda həyatda olan qəhrəmanlarımızın keçdiyi döyüş yolu, eyni zamanda onların hazırki fəaliyyətləri ilə ilə bağlı məlumatverici bukletlər və videoroliklər hazırlayacaqlar. Layihə rəhbərinin sözlərinə görə həmçinin bu müddət ərzində qəhrəmanlarımızdan bəziləri ilə gənclərin görüşlərini nəzərdə tutublar:
" Bundan əlavə layihə iştirakçısı olan gənclərimizin Şəhidlər Xiyabanında uyuyan Milli Qəhrəmanlarımızın məzarlarını ziyarət etməsi, Azərbaycan Tarix Muzeyinə ziyarəti təşkil olunacaqdır. Bu gənclərə bukletlərdən əlavə videoroliklərin yazıldığı disklər də təqdim ediləcəkdir.
Layihəmizin əsas ideyası dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Əsas məqsədimiz I Qarabağ müharibəsində şərəflə iştirak edərək öz igidliyi ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı qazanan və hazırda da yaşayaraq fəaliyyət göstərən qəhrəmanlarımızı müasir gəncliyə tanıtdırmaqdan ibarətdir" .

Onu da qeyd ədək ki, layihədən 14-25 yaşları arasında olan gənclərin faydalanması planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed